Cəmiyyət

DSMF sədrindən orta aylıq pensiya ilə bağlı açıqlama

15 Jan 2026, 12:43 2 baxış
DSMF sədrindən orta aylıq pensiya ilə bağlı açıqlama

Ötən il Azərbaycanda əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub.


Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 %-dən çoxunu təşkil edib.


Z. Mirzəyev qeyd edib ki, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3% artaraq 543 manata, yaşa görə pensiya isə 9,1% artaraq 578 manata çatıb.


Fond sədrinin sözlərinə görə, orta aylıq pensiya orta aylıq əməkhaqqının 49,9%-ni, yaşa görə pensiya isə 53,2%-ni təşkil edir. O vurğulayıb ki, bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60%-lik mütənasiblik normativlərinə tam uyğundur.

Mənbə axar.az

Oxşar Xəbərlər