Cəmiyyət

Zaqatalada qar örtüyünün hündürlüyü 41 santimetrə çatıb - FAKTİKİ HAVA

15 Jan 2026, 10:28 5 baxış
Zaqatalada qar örtüyünün hündürlüyü 41 santimetrə çatıb - FAKTİKİ HAVA
Yanvarın 15-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir. Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 8, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər