Cəmiyyət

Bakının təhvil verdiyi ermənilər xəstəxanaya yerləşdirildi

14 Jan 2026, 23:35 2 baxış
Bakının təhvil verdiyi ermənilər xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan bu yaxınlarda Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib.


Axar.az "Unikal"a istinadən xəbər verir ki, onların üçü - Gevorq Sujyan, David Davtyan və Vigen Euljekyan, Muratsan Hərbi Xəstəxanasına, Vaqif Xaçatryan isə Nork-Maraş Xəstəxanasına köçürülüblər.


Hazırda Xaçatryan xroniki xəstəliyi ilə bağlı müayinədən keçirilir. Bundan sonra həkimlər heyəti onun sonrakı müalicəsi ilə bağlı qərar verəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər