Kriminal

Naxçıvanda dəm qazından türkiyəli iki tələbə öldü

14 Jan 2026, 22:38 1 baxış
Naxçıvanda dəm qazından türkiyəli iki tələbə öldü

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.


Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər