Cəmiyyət
Azərbaycan ədəbi dili inkişaf etdiriləcək
"Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac var". Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əksini tapıb. Sənədə əsasən, görüləcək tədbirlər aşağıdakılardır: - Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi; -Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi; Gözlənilən nəticə və nəticə indikatorları aşağıdakılardır: - Azərbaycan ədəbi dili inkişaf edəcək; - Azərbaycan dilində yeni əsərlər yaradılacaq; - Azərbaycan ədəbi dilindən istifadə artacaq; - Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq. Məlik Məlikov
Mənbə
oxu.az