Cəmiyyət
Maştağa qəsəbəsindən ŞİKAYƏT: "Yağış yağanda bərbad vəziyyət yaranır"
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlar yolun vəziyyətindən narazıdırlar. Oxu.Az-a şikayət ünvanlayan Maştağa qəsəbəsi sakinləri bildiriblər ki, ərazidə yağış yağdıqda keçilməz vəziyyət yaranır. Onların sözlərinə görə, qəsəbədəki problem tək bununla yekunlaşmır: "Qəsəbədə yollar bərbad vəziyyətdədir. Yağış yağan kimi küçə keçilməz duruma düşür. Maşını olanlar normal gedə bilsələr də, piyadaların hərəkəti çətindir. Uşaqlar məktəbə gedə bilmirlər. Ərazidə problem bununla da yekunlaşmır. Nə tullantıları atmaq üçün zibil yeşikləri var, nə də gecə rahat hərəkət etmək üçün küçə işığı. İstifadə etdiyimiz su isə tamamilə bərbaddır. Mənzillərə quyu su gəlir. Həm sudan laboratoriyada analiz verdik. Suda bağırsaq çöpləri aşkarlandı. Bütün bunlar ilə bağlı aidiyyəti qurumlara şikayət ünvanlamışıq, lakin tədbir görən yoxdur". Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Aygün Mirakif
Aygün Mirakif
Mənbə
oxu.az