Kriminal

Bakıda ana QIZINI BIÇAQLADI

14 Jan 2026, 15:54 1 baxış
Bakıda ana QIZINI BIÇAQLADI
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib. Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər