Cəmiyyət

Bakıda ana qızını bıçaqladı

14 Jan 2026, 15:53 2 baxış
Bakıda ana qızını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.


Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib.


Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.


Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.


Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər