Cəmiyyət

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların sayı AÇIQLANDI

14 Jan 2026, 14:46 2 baxış
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların sayı AÇIQLANDI
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb. Bu barədə Oxu.Az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Bildirilib ki, yanvarın 14-də saat 12:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolunda qəzanın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb: "Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan üç nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və onlar bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər