Kriminal

Bakıda ağac avtomobillərin üzərinə AŞDI

14 Jan 2026, 13:58 1 baxış
Bakıda ağac avtomobillərin üzərinə AŞDI
Bakıda güclü küləyin fəsadları davam edir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a verilən məlumata görə, güclü külək Tbilisi prospekti ilə Mehman Bünyadzadə küçəsinin kəsişməsində ağacı aşırıb. Müraciət əsasında birliyin əməkdaşları əraziyə cəlb olunublar. Əməkdaşlar tərəfindən aşmış ağaclar ərazidən götürülüb. Qeyd edək ki, aşan ağac avtomobillərin üzərinə düşüb. Nəticədə "KIA Cerato" və "Range Rover" markalı avtomobillərə ziyan dəyib.
{{gallery}} Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər