Digər
Moskvada qarın qalınlığı 59 santimetrə çatdı
Çərşənbə günü Moskva bölgəsində qarın qalınlığı 59 santimetrə, Moskvada isə 48 santimetrə çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb.
“Moskva bölgəsində ən böyük qar örtüyü Çerustidə 59 santimetr, Kolomnada 51 santimetr, Mixaylovskoyedə 47 santimetr, Kaşira və Serpuxovda 44 santimetr, Volokolamskda 40 santimetrdir”, - Tişkovets bildirib.
Mənbə
axar.az