Dünya
Qrenlandiya ABŞ-yə "yox" dedi, Tramp xəbərdarlıq etdi
"Qrenlandiyalıların ABŞ-yə birləşmək istəməməsi onların öz problemidir". Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ada sakinlərinin Danimarkanın tərkibində qalmağı üstün tutduqlarını və ABŞ-yə qoşulmaq istəmədiklərini bildirmişdi. Amerika lideri mətbuata açıqlamasında bildirib: "Bu, onların problemidir. Mən onunla razı deyiləm. Qrenlandiya baş nazirini tanımıram, lakin ona böyük problem vəd edə bilərəm".
Mənbə
oxu.az