Digər

Aksiyalarda həbs edilən bəlucların sayı açıqlandı

14 Jan 2026, 11:23 1 baxış
Aksiyalarda həbs edilən bəlucların sayı açıqlandı

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan, Çabahar və İranşəhr şəhərlərində ən azı 550 etnik bəluc həbs edilib.


Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.


Etiraz aksiyalarında saxlanılan bəlucların sayının çox olduğu, ancaq hamısının kimliyinin hələlik müəyyən edilmədiyi vurğulanıb.


Qeyd edək ki, İranda inflyasiya və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən başlayan kütləvi aksiyalarda toqquşmalar yaşanır.

Mənbə axar.az

Oxşar Xəbərlər