Digər

İrandakı proseslərin arxasında bu dövlətlər durur

14 Jan 2026, 10:36 1 baxış
İrandakı proseslərin arxasında bu dövlətlər durur

İrandakı hadisələrin arxasında dünyanın ən böyük gücləri dayanır, onların məqsədi həmişə bu nəhəng ölkəni parçalamaq olub.


Axar.az xəbər verir ki, bunu Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryan deyib.


Asatryan hesab edir ki, 85 milyonluq ölkədə etirazlar rejim dəyişikliyi ilə nəticələnməyəcək, çünki əhalinin əksəriyyəti mövcud hökuməti dəstəkləyir:


“Hətta xaricdəki diasporda belə monarxistlərin sayı minimaldır və onların arasında Şah sülaləsindən kimin taxt-taca varis olmağa layiq olması barədə ciddi ziddiyyətlər də mövcuddur. Misal üçün, təxminən 5 milyon İran əsilli insanın yaşadığı ABŞ-da şahzadə Rza Pəhləvini mühacirlərin onda birindən çoxu dəstəkləmir”.

Mənbə axar.az

Oxşar Xəbərlər