Dünya
Şimali Kuril adalarında zəlzələ oldu
Seysmoloqlar Şimali Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alıblar. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 14:08-də (Bakı vaxtı ilə saat 07:08 - red.) Severo-Kurilsk şəhərindən 88 km şərqdə, dəniz dibinin 45 km dərinliyində qeydə alınıb. Zəlzələ Severo-Kurilskdə üç bal gücündə hiss olunub.
Mənbə
oxu.az