Dünya

Tailandda kran qatarın üzərinə aşdı: Azı 22 nəfər öldü, xeyli yaralı var

14 Jan 2026, 09:30 1 baxış
Tailandda kran qatarın üzərinə aşdı: Azı 22 nəfər öldü, xeyli yaralı var
Tailandda qaldırıcı kranın sərnişin qatarının üzərinə aşması nəticəsində azı 22 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" nəşri məlumat yayıb. Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Nakhonratçasima bölgəsində baş verib. Qatar Banqkokdan Ubonratçatxaniyə gedirmiş. Toqquşma nəticəsində qatar relsdən çıxıb və alovlanıb. Xilasetmə xidmətləri hadisə yerində işləyir və üç vaqonda qalmış sərnişinləri çıxarmağa çalışırlar. Nəqliyyat vasitəsində təxminən 200 nəfərin qaldığı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər