Digər

Ukrayna ordusunun vurduğu zavodun Rusiya üçün əhəmiyyəti...

14 Jan 2026, 09:08 7 baxış
Ukrayna ordusunun vurduğu zavodun Rusiya üçün əhəmiyyəti...

Ukraynanın Müdafiə Qüvvələri tərəfindən vurulan Taqanroqdakı “Atlant Aero” pilotsuz uçuş aparatları istehsalı zavodu müasir avadanlıqlara, formalaşmış texnoloji proseslərə və istehsal elementlərinə malik idi.


Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov bildirib.


“Bu zavod haqqında ilk dəfə 2023-cü ildə məlumatım oldu. Həmin vaxt Rusiya hökuməti böyük təmtəraqla bu zavodun açılışını etmişdi. Zavod Rusiyanın dronların kütləvi istehsalı üçün lazım olan bütün komponentlərin buraxılış həcmini əhəmiyyətli dərəcədə artırmalı idi. Bu dəfə ora zərbə endirilməsi çox önəmli hadisədir. Böyük ehtimalla, bu hücumun nəticəsində düşmən dron istehsalı imkanlarının bir hissəsini itirib”, – deyə Seleznyov vurğulayıb.


O əlavə edib ki, bu müəssisəyə qarşı oxşar zərbələr təkrarlana bilər. Çünki obyektin vurulması faktının özü Ukraynanın bu hədəflərə çatmağa imkan verən təsdiqlənmiş kəşfiyyat məlumatlarına və vasitələrə malik olduğunu göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər