Digər

Kran qatarın üzərinə düşdü: 22 ölü, 70 yaralı - Video

14 Jan 2026, 09:35 1 baxış
Kran qatarın üzərinə düşdü: 22 ölü, 70 yaralı - Video

Tailandın Nakxonratçasima əyalətində tikinti kranı sərnişin qatarının üzərinə düşüb.


Axar.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.


Nəticədə qatar relsdən çıxıb və yanğın baş verib.


Bildirilib ki, hadisə zamanı 22 nəfər ölüb, 70 nəfər isə yaralanıb.


Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları işləyirlər.


Qeyd edək ki, qatarda ümumilikdə 200 nəfərin olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər