Dünya

Avstraliyada kuryoz hadisə: Təyyarə kenquru ilə toqquşdu

14 Jan 2026, 08:31 1 baxış
Avstraliyada kuryoz hadisə: Təyyarə kenquru ilə toqquşdu
Avstraliyada yüngül sərnişin təyyarəsi kenquru ilə toqquşduqdan sonra zədələnib. Oxu.Az bildirir ki, bu barədə Aviasiya Təhlükəsizliyi Şəbəkəsindən məlumat verilib. Şəbəkənin məlumatına görə, altı sərnişin üçün nəzərdə tutulmuş "Pilatus PC-12/47E" biznes jeti Pertdəki Jandakot hava limanından havaya qalxıb və Katanninqə şəhərinə istiqamət götürüb. Eniş zamanı təyyarə uçuş-enmə zolağında kenquru ilə toqquşub və yüngül ziyan görüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər