Qrenlandiya hərtərəfli müdafiə olunmalıdır - Pistorius
Qrenlandiya və Arktikanın təhlükəsizliyi gücləndirilməlidir. Bölgə hərtərəfli müdafiəyə və müttəfiqlərinin diqqətinə ehtiyac duyur.
Axar.az xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Qrenlandiyada missiyanın başlama ehtimalı ilə bağlı bir neçə NATO tərəfdaşı ilə hansı tədbirlərin məqsədəuyğun və nəyin zəruri olduğunu müzakirə edir və öyrənirik.
Qrenlandiya geniş ərazisi və əhali sıxlığının aşağı olması səbəbindən qeyri-adi bir bölgədir, buna görə də təkcə hərbi mövcudluq hərtərəfli qoruma təmin edə bilməz”, - deyə o bildirib.
Pistorius qeyd edib ki, Qrenlandiya və Arktikanın təhlükəsizliyi yalnız Amerikanın maraqları ilə bağlı deyil, həm də NATO və bütövlükdə Avropanın məsələsidir.