Dünya
17 milyon dollarlıq avtomobil kolleksiyası satışa çıxarılacaq
"RM Sotheby's" yanvarın 23-də Arizonada (ABŞ) doqquz nadir modeldən ibarət avtomobil kolleksiyasının satışını keçirəcək. Oxu.Az hərrac evinin saytına istinadən xəbər verir ki, "Longhorn" kolleksiyasına "Ferrari", "Lamborghini" və "Porsche" modelləri daxildir. Onların ümumi qiyməti 17 milyon dolları üstələyir. Kolleksiyanın ən bahalı nümunələri flaqman sayılan iki "Ferrari" modelidir. 13 min 200 kilometr yürüşü olan 1995-ci il F50 superkarının 7-9 milyon dollar arasında satılacağı gözlənilir. Bu avtomobillərdən yalnız 349-u istehsal olunub. İkinci model nəzərəçarpacaq dərəcədə yenidir (2015-ci il istehsalıdır) və daha az yürüşə malikdir (3 min 100 kilometrdən bir qədər çox). Buna baxmayaraq, "Ferrari LaFerrari"nin 4,5-5 milyon dollar arasında satılması gözlənilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az