Dünya
Qəhvə həvəskarlarına səhərlər gümrahlıq üçün alternativ yol təklif olundu
Səhərlər gümrahlaşmaq üçün yeganə yol qəhvə deyil. Oxu.Az bildirir ki, bu barədə "El Confidencial"a mütəxəssis Vendi Suzuki açıqlama verib. Mütəxəssis əmin edib ki, bu halda soyuq və isti su arasında növbələşən kontrast duş gümrahlanmağa kömək edə bilər. V.Suzukiyə görə, belə üsul bu və ya digər səbəbdən kofein qəbulunu azaltmaq istəyən insanlar üçün uyğundur. "İsti duşdan sonra soyuq duş təbii adrenalin istehsalını stimullaşdırır. Bu sizi yuxudan tamamilə oyadır", - deyə mütəxəssis bildirib. Onun sözlərinə görə, bu hormon insanı dərhal ayıldır. O vurğulayıb ki, ilk dəfə insan bu prosedurdan narahatlıq hiss edə bilər, lakin tezliklə ziddiyyətli temperaturlara uyğunlaşacaq.
Mənbə
oxu.az