Digər
Arakçı fransalı həmkarı ilə danışdı: Tələb etdi!
İran xarici işlər naziri Abbas Arakçı fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Telefon danışığında Arakçı həmkarından xarici qüvvələrin ölkələrin daxili işlərinə müdaxilənin pislənməsini tələb edib.
Qeyd edək ki, ötən gün Fransa diplomatlarını Tehrandan geri çağırıb.
Mənbə
axar.az