Digər

Trampın nümayəndəsi Pəhləvi ilə gizli görüş keçirdi

13 Jan 2026, 23:49 1 baxış
Trampın nümayəndəsi Pəhləvi ilə gizli görüş keçirdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.


Yüksək vəzifəli ABŞ rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib.


Nəşrin məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə İran müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli əlaqədir.


"Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır", - deyə vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər