Digər

Zöhran Məmdani Nyu Yorkda etirazçılara qoşuldu - Video

13 Jan 2026, 22:47 1 baxış
Zöhran Məmdani Nyu Yorkda etirazçılara qoşuldu - Video

Nyu York şəhərinin meri Zöhran Məmdani Manhettendə tibb baçılarının etiraz aksiyasına qoşulub.


Axar.az xəbər verir ki, mer etirazçılara dəstəyini ifadə edib.


Qeyd edək ki, Nyu York şəhərində təxminən 15 min tibb bacısının iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.


Etirazçılar inflyasiya səviyyəsinə uyğun maaşlarının artırılmasını, kadr çatışmazlığına qarşı görülən tədbirlərin genişləndirilməsini, eləcə də tibb işçilərini iş yerində zorakılıqdan qoruyan müddəaların kollektiv əmək müqavilələrinə daxil edilməsini tələb edirlər.


Mənbə axar.az

Oxşar Xəbərlər