Digər

ABŞ-ın bir hissəsi olmaqdansa, bu ölkəyə qoşularıq - Nilsen

13 Jan 2026, 22:56 1 baxış
ABŞ-ın bir hissəsi olmaqdansa, bu ölkəyə qoşularıq - Nilsen

ABŞ-nin bir hissəsi olmaqdansa, Danimarkaya qoşulmaq daha yaxşıdır.


Axar.az xəbər verir ki, bu barədə Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen deyib.


"Hazırda geosiyasi böhranla üzləşirik və əgər indi ABŞ ilə Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik", - Qrenlandiyanın Baş naziri bildirib.


Nilsen vurğulayıb ki, Qrenlandiya ABŞ-a məxsus olmaq istəmir:


"Danimarkanın Baş naziri Mette Frederiksen ilə danışdım. O, ən yaxın müttəfiqinin tamamilə qəbuledilməz təzyiqinə müqavimət göstərməyin çətin olduğunu bildirdi. Frederiksen dedi ki, ən çətin məsələ hələ qarşıdadır" - Baş nazir qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər