Dünya
Prokurorluq Cənubi Koreyanın keçmiş prezidentinə ölüm hökmü istədi
Xüsusi prokurorluq heyəti məhkəməyə Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yola ölüm hökmü çıxarmağı tövsiyə edib. Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Məlumata görə, sabiq dövlət başçısı 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət tətbiq olunmaqla üsyanın təşkilində ittiham edilir. Onun işi üzrə hökmün fevralın əvvəlində çıxarılacağı gözlənilir. Cənubi Koreyada ölüm hökmü 1997-ci ildən bəri ləğv edilib.
Mənbə
oxu.az