Dünya
Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Vasili Malyuk istefaya göndərildi
Ukrayna Ali Radası Vasili Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən azad edilməsi barədə qərar çıxarıb. Parlamentin 235 üzvü qərarın lehinə səs verib. Oxu.Az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb. Dünən Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsi Prezident Volodimir Zelenskinin Vasili Malyukun təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı təklifini nəzərdən keçirib və qərarı rədd edib. Lakin bu gün məsələ komitə tərəfindən yenidən baxılması üçün qaldırılıb və Malyukun istefası rəsmiləşib.
Mənbə
oxu.az