Digər

İranda etirazçılara dəstək verən iş adamı həbs edildi

13 Jan 2026, 16:44 1 baxış
İranda etirazçılara dəstək verən iş adamı həbs edildi

İranda keçirilən etiraz aksiyalarına dəstək verdiyi üçün Qum şəhərində yaşayan məşhur iş adamı Məhəmməd Saediniya saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Qum əyalətinin prokurorluğu məlumat yayıb.


Məlumata görə, iş adamı bir neçə gün əvvəl etirazçılara dəstək paylaşımı etdiyinə görə həbs edilib.


Qeyd edək ki, Məhəmməd Saediniya İranın müxtəlif bölgələrində olan çoxsaylı kafe və şirniyyat evləri şəbəkəsinin sahibidir.

Mənbə axar.az

Oxşar Xəbərlər