Digər

Jirinovskinin İranla bağlı kəhanəti - Video

13 Jan 2026, 12:10 1 baxış
Jirinovskinin İranla bağlı kəhanəti - Video

Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin İrandakı vəziyyət və Rusiya ilə ABŞ arasında danışıqlarla bağlı proqnozu ortaya çıxıb.


Axar.az xəbər verir ki, Jirinovski Rusiya siyasi tok-şousunda İrana hücum ediləcəyini və bundan sonra Rusiya və ABŞ-ın dünyada təsir dairələrini bölüşdürməyə başlayacağını açıqlayıb.


“Onlar zərbə endirəcəklər - Amerika gəmiləri artıq İran sahillərinə doğru hərəkət edir, siz bunu görmürsünüz. İrana hücumdan sonra milyonlarla qaçqın olacaq və sonra bizim və Amerikanın prezidenti Soçidə oturub razılığa gələcəklər - Yaltanın (1945-ci il Yalta Konfransı - red.) yerinə Soçi olacaq”, - Jirinovski deyib.


Qeyd edək ki, Jirinovskinin bir çox siyasi proqnozu özünü doğruldub.

Mənbə axar.az

Oxşar Xəbərlər