Digər

Hərbi Gürcüstan yolu yenə bağlandı

13 Jan 2026, 10:10 6 baxış
Hərbi Gürcüstan yolu yenə bağlandı

Qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.


Axar.az xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil yolları Departamenti məlumat yayıb.


“Mtsxeta - Stepantsminda - Lars beynəlxalq avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsinin 93-107 km-lik hissəsində yüksək səviyyədə qar uçqunu təhlükəsi mövcuddur, buna görə də bu hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağandır”, - departamentdən bildirilib.


Qeyd edək ki, bir neçə gün öncə Rusiya da qar uçqunu təhlükəsi səbəbindən Hərbi Gürcüstan yolunun Şimali Osetiyadan keçən hissəsini bütün növ nəqliyyat vasitələri üçün bağlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər