Digər

İsraildən İran açıqlaması: Gözlənilməz ssenariyə hazırıq!

13 Jan 2026, 09:00 1 baxış
İsraildən İran açıqlaması: Gözlənilməz ssenariyə hazırıq!

İsrail ordusu İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırlıqlıdır.


Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin deyib.


O qeyd edib ki, İsrail ordusu daim müdafiəyə hazırdır.


General İrandakı etirazları İslam Respublikasının "daxili məsələsi" hesab edir.


Eyni zamanda, Defrin İsrail ictimaiyyətini təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb:


"Son günlərdə İrandakı vəziyyətlə bağlı bir çox şayiə yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı bir dəyişiklik baş verərsə, sizi məlumatlandıracağıq. Vurğulayıram: Şayiələrə aldanmayın".

Mənbə axar.az

Oxşar Xəbərlər