Digər

Konqresə Qrenlandiyanın ilhaqı üçün müraciət edildi

13 Jan 2026, 01:07 1 baxış
Konqresə Qrenlandiyanın ilhaqı üçün müraciət edildi

Konqresə ABŞ-ın Qrenlandiyanı ilhaq etməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.


Axar.az xəbər verir ki, qanun layihəsini Konqresə Nümayəndələr Palatasının üzvü Rendi Fayn təqdim edib.


Qanun layihəsinə əsasən, ABŞ Prezidenti Donald Tramp Danimarka ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya başqa şəkildə onu ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla, zəruri tədbirlər görmək səlahiyyəti alır.


Qeyd olunub ki, bu təşəbbüs Arktikada Çin və Rusiyadan artan təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Mənbə axar.az

Oxşar Xəbərlər