Digər

Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir

12 Jan 2026, 23:15 1 baxış
Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.


Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə bildirib.


"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: O, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.


Levitt, bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir.


O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.

Mənbə axar.az

Oxşar Xəbərlər