Digər
Pezeşkian etirazçıların nümayəndələri ilə dialoqa başladı
İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.
“Hökumət etirazları qəbul edib və onların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir bildirib.
Qeyd edək ki, bundan öncə Məsud Pezeşkian özü də etirazçılarla görüşdüyünü açıqlamışdı.
Mənbə
axar.az