Kriminal

Bakıda 62 yaşlı kişi mağazada ölüb

12 Jan 2026, 11:28 1 baxış
Bakıda 62 yaşlı kişi mağazada ölüb
Bakıda 62 yaşlı kişi mağazada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verib. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zabit Əhmədov işlətdiyi mağazada qəfil ölüb. Onun meyiti mağazadakı müştərilər tərəfindən aşkar edilərək aidiyyəti qurumlara təhvil verilib. İlkin ehtimala görə, Z.Əhmədov infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər