Kriminal

Məhkəmədən Ağadadaş Ağayevlə bağlı YENİ QƏRAR

12 Jan 2026, 11:43 1 baxış
Məhkəmədən Ağadadaş Ağayevlə bağlı YENİ QƏRAR
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Xalq artisti Ağadadaş Ağayevin şərti cəzadan azad edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılıb. Oxu.Az-ın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən, A.Ağayevə amnistiya aktı tətbiq edilib, o, cəzasının çəkilməmiş hissəsindən azad olunub və məhkumluğu götürülüb. Xuliqanlıqda təqsirləndirilərək 2 il azadlıqdan şərti məhkum edilən Xalq artisti Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsinə gəlib. Oxu.Az-ın məlumatına görə, bu dəqiqələrdə Xalq artistinin cəzadan azad olunması ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılır.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum ediliblər. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər