Kriminal
Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü
Bakının Qaradağ rayonunda 66 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü qəsəbə sakini Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az