Kriminal

Lənkəranda ikimərtəbəli ev yanıb

12 Jan 2026, 09:44 1 baxış
Lənkəranda ikimərtəbəli ev yanıb
Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə rayonun Cil kəndində qeydə alınıb. "Ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər