Kriminal
Bakıda toy zamanı şadlıq sarayında yanğın olub
Bakıda restoranda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Firuzə" şadlıq sarayında toy məclisi zamanı baş verib. Belə ki, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Mənbə
oxu.az