Kriminal

Masazırda çoxmərtəbəli yaşayış binasında YANĞIN: 25 nəfər təxliyə olundu

10 Jan 2026, 21:12 1 baxış
Masazırda çoxmərtəbəli yaşayış binasında YANĞIN: 25 nəfər təxliyə olundu
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində şaxtaboyu elektrik naqilləri 30 p.m yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub. Bir nəfər tüstüdən zəhərlənib. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər