Kriminal

Goranboyda 56 yaşlı kişi hamam otağında öldü

10 Jan 2026, 11:20 1 baxış
Goranboyda 56 yaşlı kişi hamam otağında öldü
Goranboyda 56 yaşlı kişi zəhərlənərək ölüb. Oxu.Az xəbər verir ki, hadisə ötən gün rayonun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında qeydə alınıb. Məlumata görə, sözügedən mənzildə yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər