Kriminal

Bakıda BYD yandı

10 Jan 2026, 00:46 1 baxış
Bakıda BYD yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.


Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BYD markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Hadisə zamanı xəsarət alan olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər