Kriminal
Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb
Bakıda naməlum avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Yanvarın 8-də markası və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil Nizami rayonu, Q.Qarayev prospekti, 80A ünvanının qarşısında 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub qaçıb. Qadın təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, yanvarın 9-da orada ölüb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az