Kriminal

Sumqayıtda zavodda partlayış baş verib, yaralanan var

09 Jan 2026, 08:40 1 baxış
Sumqayıtda zavodda partlayış baş verib, yaralanan var
Sumqayıt şəhərində zavodda partlayış baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər