İqtisadiyyat
İqtisadiyyatımız öz imkanlarımız hesabına artır...
Pərviz Heydərov yazır... Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkədə iqtisadi artımla bağlı söylədiyi fikirlər çox yerinə düşdü. Xüsusən də o baxımdan ki, bu, bəzi dairələr üçün bir növ cavab xarakteri daşıdı. Prezident qeyd etdi ki, ümumilikdə, iqtisadi inkişafdan razıdır: "Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3.2% artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla olacaq". Yeri gəlmişkən, ölkədə əslində, heç də iqtisadi geriləmə yoxdur. 2019-cu ildən bəri pandemiya ilini - 2020-ci ili, hansı ki, 4.3% tənəzzül qeydə alınmışdı, çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınıb. 2019-da iqtisadiyyat 2.2% artmışdısa, 2020-də 4.3%-lik geriləmədən sonra 2021-də 5.6%, 2022-ci ildə 4.6%, 2023-cü ildəki 1.1% nəticədən sonra isə 2024-cü ildə 4.1% artıq ÜDM əldə olunub. Sual olunur, niyə və hansı səbəbdən? Cavab budur ki, neft-qaz hasilatının proqnoz ediləndən artıq şəkildə enməsi, həmçinin bu sahəyə dair dünya bazarlarında konyunktur şərait ÜDM-in nominal səviyyəsinə təsir göstərdiyi halda, ölkədə məhz qeyri-neft-qaz sektoruna yönələn islahatlar, dəstək tədbirləri nəticəsində artım dalğavari tempdə də varsa, qorunub saxlanılıb və müvazinət əldən verilməyib. Prezident İ.Əliyev onu da çox gözəl bildirdi ki, artım təbii olmalıdır: "Eyni zamanda, biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik. Bu, mümkündür və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq".
Odur ki, qeyri-neft-qaz sektorunun gələcək inkişafı üçün həm hüquqi, həm də praktik sahədə hökumət xeyli müddətdir böyük işlər görür və müvafiq addımlar atır. Təbii ki, bütün bunlar da öz nəticəsini tədricən göstərir. Belə ki, qeyri-neft-qaz sektoru üzrə istehsal və ixrac artır. Ümumiyyətlə, ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə nə artım baş verirsə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur. Yeri gəlmişkən, ötən il də ölkədə iqtisadi artım zəif xarakter daşıdı. Bu, özünü ilin əvvəlindən göstərməyə başladı ki, ilin ortasına doğru isə vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək əhəmiyyət kəsb etməkdə davam etdi və edir. Bu yerdə bir nüansa da toxunmaq istərdim. ÜDM istehsalı həcmi az təşkil etdiyinə və daraldığına görə tənqidi fikir səsləndirənlər qonşu ölkələrdən də misal gətirirlər. Lakin nəzərə almırlar ki, region ətrafında artıq, dördüncü ildir baş verməkdə olan böyük, gərgin münaqişələr zəminində müxtəlif proseslər gedir, - Qərbin çoxsaylı sanksiyaları nəticəsində oyunlar oynanılır. Gizli ticarət əlaqələri, alış-veriş, tranzit münasibətləri və sair, bir sıra ölkələrin nəyi haradan etdiyinə, bəzi göstəricilərə necə nail olduqlarına dair sual və şübhələr yaradır. 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 24% artaraq təxminən 3.71 milyard ABŞ dolları təşkil edirdisə, ötən ilin nəticəsinə görə bu rəqəm beş milyard dollara çatacaqdı. Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında isə ticarət dövriyyəsi iki milyard ABŞ dollarına bərabər olduğu halda, iki ilə bu rəqəm 12 milyard dollara çatıb. Təbii ki, bu cür alış-veriş nəticəsində də qeyri-təbii ÜDM istehsalı həcmi ortaya çıxmalıdır və çıxır da. Nikahdan kənar doğulan uşaq kimi... "Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır", - deyə, Prezident İ.Əliyev qeyd edib. Bəli, neft hasilatımız enir, qiyməti isə qeyri-sabitdir... Qazla bağlı vəziyyət də stabil xarakter daşımır. Azərbaycanda isə ÜDM-in həcmi bu sahəyə bağlıdır. Narahatlığa əsas yoxdur, sadəcə olaraq, belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm elementlərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması və inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi amillər ciddi təhdid xarakter daşıyır ki, bunların qarşısı alınmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, əsas odur ki, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumən, daha da güclənməyə imkan versin. Yeri gəlmişkən, cari il üçün ölkədə ÜDM istehsalı üzrə artım 2.9% səviyyəsində proqnozlaşdırılıb.

Mənbə
oxu.az