Digər
Təbrizdə bina çökdü: ölü və yaralılar var
Təbrizin Nəsr küçəsində yarımçıq tikili çöküb.
Axar.az xəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb.
Məlumata görə, binanın çökməsi nəticəsində 2 işçi ölüb, 6 işçi isə yaralanıb.
Xəstəxanaya yerləşdirilən yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.
Mənbə
axar.az