Dünya

ABŞ rəhbərliyinin NATO-ya qəzəbi artır - Rubiodan sərt açıqlamalar

14 May 2026, 09:52 1 baxış
ABŞ rəhbərliyinin NATO-ya qəzəbi artır - Rubiodan sərt açıqlamalar
"NATO-da bəzi müttəfiqlərin İranla münaqişə zamanı Vaşinqtona hərbi bazalara giriş imkanı verməkdən imtina etməsi alyansın mövcudluğunu sual altına qoyur". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib. "NATO-nun ABŞ üçün faydalı olmasının əsas səbəbi məhz sözügedən bazalarda yerləşmək hüququdur. Məsələn, İspaniya tərəfindən bizə rədd cavabı verildi. O zaman alyansın mənası nədir? Belə çıxır ki, onlar yalnız özləri istəyəndə müttəfiqdirlər", - deyə Rubio bildirib. Dövlət katibin sözlərinə görə, ABŞ-nin NATO müttəfiqlərinə bəzi sualları var: "Əgər İranla münaqişədə olduğu kimi bizə bu bazalara girişə icazə yoxdursa, o zaman alyansda niyə olmalıyıq? Yalnız onları qorumaq üçün? Bu, müzakirə edilməli olan tamamilə əsaslı sualdır, xüsusilə nəzərə alsaq ki, xərclərin üçdə ikisini biz ödəyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər