Trampla Szinpin arasında görüş başa çatdı
08:56
Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, iki lider Pekindəki Xalq Yığıncaqları Zalında ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başlayıblar.
Daha əvvəl Si Szinpin və Tramp Tyananmen Meydanı yaxınlığındakı Xalq Yığıncaqları Zalının Şərq Qapısında keçirilən qarşılanma mərasimində iştirak ediblər.
ABŞ prezidentinin avtomobil karvanı Çanyansz küçəsi boyunca gəlib, sonra orada onu Çin lideri qarşılayıb. İki lider əl sıxıb qısa salamlaşıblar.
Mərasim zamanı hərbi orkestr hər iki ölkənin dövlət himnlərini səsləndirib, bundan sonra liderlər fəxri qarovulun baxışında iştirak ediblər.
***
Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən görüş başa çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub.
Görüşdə Tesla və Əpl da daxil olmaqla, ABŞ-ın bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.
Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.