Kriminal
Hərbi ekspert Ədalət Verdiyevin şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsində dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Oxu.Az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Xatırladaq ki, Ə.Verdiyev cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə müraciəti təmin etməmişdi. Qərardan narazı qalan Ə.Verdiyev Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. Qeyd edək ki, hərbi ekspert Ədalət Verdiyev 2024-cü ilin noyabr ayında Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilmişdi. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilmişdi. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il sınaq müddəti müəyyən olunmaqla cəzanı şərti hesab edib və məhkəmə zalından azadlığa buraxıb. Samir Əli
Mənbə
oxu.az